““Qarabağ”ın bu mövsüm avrokuboklarda çıxışını xüsusi vurğulamaq lazımdır”

DÇ-2022-nin seçməsində İrlandiya – Azərbaycan oyunu ərəfəsində mətbuat konfransı təşkil olunub. Allsport.az xəbər saytı verir ki, meydan sahiblərinin baş məşqçisi Stiven Kenni sabahkı matç barədə bunu deyib: 

“Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarını izləmişik. Komanda məğlub olsa belə, yaxşı təsir bağışlayır. Komandanın heyətinin çoxu “Qarabağ”ın futbolçularından təşkil olunub.

“Qarabağ”ın bu mövsüm avrokuboklarda çıxışını xüsusi vurğulamaq lazımdır. Heyətdə müəyyən problemlərimiz var. Koronavirusdan sağalan Kallum Robinson klubu ilə məşq edib. Çox güman ki, sabahkı oyunda ona şans verəcəyəm”.

Həmin kateqoriyadan