- Baxış sayı: 52
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 383
- Noyabr 09, 2026
- 0

Qadın həndbolçuların superliqasının 9-cu turunun mərkəzi görüşü “Azərsu” və “Qarabağ” klubları arasında olub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda ölkə çempionu 28:25 qalib gəlib. Rəqib komandanın kapitanı Anna Həmidova matç barədə allsport.az saytına bunu deyib:
“Görüş çox gərgin idi. Biz mübarizəyə yaxşı hazırlaşmışdıq. “Qarabağ” müəyyən taktika seçmişdi və rəqib buna hazır deyildi. Qızlara afərin, bütün güclərini ortaya qoydular. Amma bilirsiniz ki, bizdə 2 əsas oyunçu zədəlidir. Bu üzdən, qələbə üçün əlavə qüvvəmiz çatmadı”.