“Qarabağ”ın kapitanı: Qələbəmizi halal sayıram

Qadın həndbolçuların superliqasının 13-cü turunda “Qarabağ” paytaxtda ölkə çempoinu “Nur” üzərində əzmkar qələbəyə sevindi. Matçdan sonra qalib komandanın kapitanı Sultanə Tağıyeva (Ələsgərova) allsport.az saytına açıqlamasında bunu söyləyib:
“Görüş çox gərgin keçdi. Qızlarımız çox yorğun idi. Vaxtaşırı əvəzetməsiz oynamaq çox çətindir. Bildiyimizə görə, “Nur” protest yazıb. Amma qələbəmizi halal sayıram. Hamının fikrincə, hakimlər düzgün oyunu idarə ediblər. Bu arada, onlara təşəkkür edirəm.

Həmin kateqoriyadan