- Baxış sayı: 53
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 385
- Noyabr 09, 2026
- 0

Qadın həndbolçuların superliqasında 13-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, günün ilk qarşılaşmasında çempionluğa namizəd “Azəryol” autsayder “İdman Akademiyası”nı 37:28 üstələyib.
“Gənclər Birliyi” yarış cədvəlinin öncülü “Azərsu”ya 24:40 hesabı ilə uduzub. Turun mərkəzi görüşündə “Qarabağ” qış fasiləsindən sonra toparlanan “Nur”u qəbul edib.
Görüş ölkə çempionunun üstünlüyü ilə keçsə də, matçın 2-ci yarısının ortalarında “Qarabağ” durumu dəyişib. Son dəqiqələrdə önə keçən Çingiz Əzimovun komandası əzmkar qələbəyə sevinib (29:28).