- Baxış sayı: 33
- 05 May 2026 17:23
- Baxış sayı: 122
- May 04, 2026
- 0

“Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorssonun əlcəyi FİFA-nın muzeyinə göndərilib. Allsport.az saytı xəbər verir ki, Rusiyada keçirilmiş Dünya Kuboku-2018-in qrupunda Argentina ilə oyunda Lionel Messinin penaltisini dəf edən 34 yaşlı qolkiperin həmin matçda geyindiyi əlcək bundan sonra muzeydə saxlanılacaq.
İslandiya hakimiyyəti o hadisədən sonra, milli qəhrəman səviyyəsinə yüksələn Halldorssonun şərəfinə heykəl ucaltmağı planlaşdırır. Hətta ölkədə həmin gün anadan olan oğlan uşaqlarının əksəriyyətinə Hannes adı qoyulub.
Xatırladaq ki, Argentina ilə görüşün 64-cü dəqiqəsində Messinin penaltisini qaytaran qapıçı komandasının xal qazanmasında böyük rol oynayıb.