“Qarabağ”la “Azəryol” sevindi

Qadın həndbolçuların ölkə çempionatında 7-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, günün böyük maraqla gözlənilən oyununda “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin mübarizə vəd edən qarşılaşmada ciddi müqavimət göstərən “suçəkənlər” çox çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib – 24:28.

Turun digər qarşılaşmasında “Qarabağ” autsayder “İdman akademiyası”nı qəbul edib. Aşkar favorit növbəti qələbəsini çətinlik çəkmədən qazanıb- 38:24.

Həmin kateqoriyadan