Qarışıq komanda yarışında “Neftçi İdman Klubu” finalda “Atilla”ya qalib gəlib

Qarışıq komanda yarışında “Neftçi İdman Klubu” finalda “Atilla”ya qalib gəlib

Cüdoçuların Azərbaycan çempionatında qarışıq komanda yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, rəqabətdə 8 heyətdən 61 idmançı mübarizə aparıb. Qadınlar 48 kq, 57 kq və +70 kq çəkilərdə, kişilər isə 73 kq, 90 kq və +90 kq-larda çıxış ediblər.

Bürünc medal uğrunda görüşlərdə “Kanokan TT” idman klubu 4:0 “Təhsil” RİM 1 nömrəli RİOEUGİM-ə, “Neftçi İdman Klubu-2” 4:1 hesabı ilə “Atilla İdman Klubu İdman Birliyi-2”yə qalib gəlib.

Finalda “Neftçi İdman Klubu 1” 4:3 “Atilla”ya qalib gəlib.

1. “Neftçi İdman Klubu” 1
2. “Atilla”
3. “Kanokan TT”
3. “Neftçi İdman Klubu-2”
5. 1 saylı RİOEUGİM
5. “Atilla-2”
7. “Gömrükçü”
7. 1 saylı RİOEUGİŞM

Həmin kateqoriyadan