- Baxış sayı: 32
- 16 İyun 2025 21:26
- Baxış sayı: 90
- İyun 17, 2025
- 0
Mayın 16-da Qax şəhər stadionunun ərazisində cüdo zalı fəaliyyətə başlayıb. Allsport.az saytı xəbər verir ki, açılışda gənclər və idman naziri Fərid Qayıbov, Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.