Qinqdao qran-prisində əla başlanğıc – 2 qızıl medal!

Bu gün Çinin Qinqdao şəhərində cudoçular arasında qran-pri turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günü idmançılarımıza düşərli olub. Millimiz 2 qızıl medal qazanıb.

Bütün tutaşmaları qələbə ilə başa vuran İlqar Müşkiyev (60 kq) qalib olub. Bu çəkidə çıxış edən Orxan Səfərov 7-ci yeri tutub. Fəxri kürsünün ən yüksək pilləsinə çıxan digər təmsilçimiz Nicat Şıxəlizadədir (66 kq).

Yarışa biri gün yekun vurulacaq. Qran-prilərdə ilk 7 yeri tutanlar müvafiq olaraq 300, 180, 120 (3), 80 (5), 54 (7) lisenziya xalı qazanacaqlar.

Həmin kateqoriyadan