Qış çempionatında 14 komanda, 130 atlet

Atletika üzrə 40-cı Azərbaycanın qış çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, yarış yanvarın 26-27-də respublika olimpiya mərkəzində təşkil olunacaq.

Çempionatda Bakı, Bərdə, Gəncə, Astara, Naxçıvan, Xızıdan ümumilikdə 14 komanda və 130 idmançı iştirak edəcək.

Yarışın proqramına 3 təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, 4×200 metr qarışıq estafet qaçış növləri daxildir.

Həmin kateqoriyadan