Qitə kubokunu bürünc medalla qapadıq

İspaniya paytaxtı Madriddə cüdo üzrə Avropa kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi yarışın sonuncu günü hesabına daha 1 medal yazdırıb. 100 kq-da ölkəmizi təmsil edən Cəlil Şükürov bürünc medala sahib olub. Tural Səfquliev (90 kq) 7-ci olub.

Bununla da, Azərbaycan milli komandası Avropa kubokunu 3 bürünc mükafatla başa vurub. Mübarizənin ilk günündə millimizə 2 bürünc medalı Elbrus Zamanov (60 kq) və Telman Vəliyev (73 kq) qazandırıb.

26 ölkədən 255 idmançının (139 kişi, 116 qadın) mübarizə apardığı mötərəb turnirində Azərbaycan millisi 14 cüdoçu ilə təmsil olunurdu.

Həmin kateqoriyadan