- Baxış sayı: 32
- 28 Aprel 2024 12:00
- Baxış sayı: 36
- Aprel 28, 2024
- 0
Avstriyanın Obervart şəhərində Avropa açıq turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, cüdoçularımız başlanğıcda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Mehman Sadıqov (60 kq) və Orxan Səfərov (66 kq) bütün görüşləri qələbə ilə bitiriblər. 73 kq-da Telman Vəliyev yalnız finalda yenilib. Vüqar Şirinli (66 kq) 3-cü yer tutub.