- Baxış sayı: 32
- 02 Noyabr 2026 20:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təlim-məşq toplanışına start verib.
Allsport.a xəbər verir ki, hazırlıqlar türkiyəli mütəxəssis Evrən Alqayanın rəhbərliyi ilə İstanbulda keçirilir.
Azərbaycan U-16 yığması yoxlama oyununda qüvvəsini sınayıb. Millimiz yerli “Daçka Şerifali” U-16 komandası ilə qarşılaşıb. Görüş azərbaycanlı basketbolçuların 68:36 hesablı qələbəsi ilə başa çatıb.