- Baxış sayı: 53
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 386
- Noyabr 09, 2026
- 0

İyulun 29-da Azərbaycan Futnet Assosiasiyasının təşkilatçılığı ilə Su İdmanı Sarayında futvole (çimərlik voleybolu və futbolun birləşməsi) üzrə “Qızmar Bakı qumu” adlı yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət 8 kollektiv 2 qrupda mübarizə aparacaq.
İlk 2 sıranı tutanlar yarımfinala vəsiqə qazanacaq. Qrup çərçivəsində çıxış edəcək qadın idmançılar arasında yığmamızın üzvləri də var.
Qeyd edək ki, futvole üzrə yarış avqustun 5-6-sı Bakıda keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.