Qobuda cüdo zalı istifadəyə verildi

Qobu yaşayış kompleksinin ərazisində yeni cüdo zalının açılışı olub.

Allsport.az xəbər verir ki, tədbirdə çıxış edən cüdo federasiyasının rəsmiləri ölkə idmanının qazandığı uğurlarda cüdoçularımızın böyük rol oynadığını xüsusi vurğulayıb və yeni zalın açılışı münasibətilə yeniyetmə cüdoçuları təbrik edərək, onlara uğurlar diləyiblər.

Açılış mərasimində əməkdar məşqçi Hacıağa Hacıəhmədov, paralimpimpiya oyunlarının 2-qat çempionu İlham Zəkiyev, cüdo millimizin üzvləri – Rüstəm Orucov, Orxan Səfərov, Məmmədəli Mehdiyev, Hidayət Heydərov ürək sözlərini bildiriblər.

Həmin kateqoriyadan