Qran-prinin hazırlığına başlanıldı

Bakıda keçiriləcək para cüdo üzrə qran-pri hazırlığına start verilib.

Allsport.az xəbər verir ki, yarışa 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir. Milli paralimpiya komitəsinin ofisində qurumun prezidenti İlqar Rəhimovun sədrliyi ilə ilk iclası keçirilib. İclasda hazırlıq barədə müzakirələr aparılıb və tədbirlər planı təsdiq edilib.

Mayın 11-12-də keçiriləcək yarışdan sonra Tokio 2020 yay paralimpiya oyunlarında iştirak edəcək cüdoçuların adları açıqlanacaq.

Həmin kateqoriyadan