Qran prinin ilk gününü iki medal ilə başa vurublar

Allsport.az xəbər verir ki, Avstriyanın Linz şəhərində keçirilən turnirində qadınlar arasında 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva bürünc medal qazanıb. Gültac bürünc medal uğrunda görüşdə ispaniyalı idmançı Ariane Toro Soleri məğlub edib.

66 kq çəki dərəcəsində yarışan cüdoçumuz Kamran Süleymanov isə gümüş medal əldə edib.

Bu gün 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizəyə başlayacaq. Kişilər arasında 73 kq çəkidə Rəşid MəmmədəliyevNurlan Osmanov, 81 kq çəkidə Zelim Tçkayev tatamiyə çıxacaq.

May ayının 27-nə kimi davam edən turnirdə dünyanın 72 ölkəsindən 455 idmançı iştirak edir.

Həmin kateqoriyadan