Qrup hərəkətləri komandamız Rio-2016-nın bir addımlığında

Azərbaycanın qrup hərəkətləri komandası Almaniyanın Ştutqart şəhərində keçirilən bədii Gimnastika üzrə dünya çempionatında mübarizə ararırlar. Allsport.az saytı xəbər verir ki, Səbinə Abbasova, Siyana Vasileva, Aynur Mustafayeva, Diana Doman və Aleksandra Platonovadan ibarət qrup əvvəlcə 3 cüt gürz və 2 halqa ilə ruhlandırıcı çıxışlarını təqdim ediblər.

Təəssüflər olsun ki, 5 lentlə hərəkətlərdə səhvə yol verən qızlar, iki çıxışın cəmində Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına ilk lisenziya qazanmaq şansını əldən veriblər.

Təsnifat sisteminin qaydalarına əsasən, gələn il aprelin 16-dan 24-dək Braziliyada keçiriləcək test turnirinin yarışları 2016-cı ilin Olimpiadasına ikinci lisenziya qazanma şansı verir.

Dünya çempionatının çoxnövçülük nəticələrinə əsasən, Azərbaycanın qrup hərəkətləri komandası ikinci təsnifat turnirində lisenziya uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Həmin kateqoriyadan