Qubada uğurlu start

Mayın 3-də Qubada start götürən cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun ilk günü yekunlaşıb.

Allsport.az xəbər verir ki, yarışın ilk mərhələsində 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Azərbaycan təmsilçiləri ilk gündə ümumilikdə 12 medal qazanıblar – 3 qızıl, 3 gümüş və 6 bürünc.

Oğlanlar arasında Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq), qızların yarışında isə Nuranə Hacızadə (48 kq) bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olublar.

Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq) və Leyla Ələkbərova (48 kq) gümüş medalla kifayətləniblər.

İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Röyal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) isə bürünc medal qazanıblar.

Bu gün yekunlaşacaq Avropa kubokunda Azərbaycan 141 idmançı (100 oğlan, 41 qız) ilə təmsil olunur.

Həmin kateqoriyadan