- Baxış sayı: 7
- 08 Noyabr 2026 10:00
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyundan çox razı qaldım. Məğlub olmağımıza baxmayaraq, istədiyim oyunu meydançada gördüm. Bəzən məğlub olduğum oyunlardan daha çox razı qalıram, nəinki qalib gəldiyimiz oyunlardan. Biz güclü komandaya qarşı oynayırdıq. “Qəbələ”ni təbrik edirəm”.