Qurban Qurbanov: Oyundan razı, nəticədən narazı qaldım

Azərbaycan millisi Bakı olimpiya stadionunda Belarus futbolçuları ilə yoxlama görüşündə 0:1 məğlub olub. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov matçdan sonra bunu deyib:

“Məğlub olmaq istəməzdik, amma yenilgi ilə nə qədər tez tanış olsaq, səhvlərimizi bir o qədər tez görərik. Oyundan razı, nəticədən narazı qaldım. Hücumlar təşkil edirdik, oyunçular istəkli idilər. Ancaq təkbətək mübarizələrdə bir qədər möhkəm olmalıyıq. Qarşıdakı oyunlar bundan da ağır olacaq. Rəqiblərimiz müdafiədən oynayıb, əks-hücumlar qurmağa çalışacaqlar. Buna hazır olmalıyıq.

Bəzi ev tapşırıqlarını reallaşdırmağa çalışdıq. Ancaq hamısını göstərməyə ehtiyac duymadıq. Rəsmi oyunlara qədər bunu daha yaxşı etməyə çalışacağıq. Milli komandada debüt edənlərdən razı qaldım. Bəzilərinin yaşı 30-31-ə çatsa da, ilk dəfə idi yığmanın formasını geyinirdi.

U-21-in Kosovo ilə keçirdiyi oyunu da izlədim və razı qaldım. Bu cür hava şəraitində düşündüyümüz futbolu nümayiş etdirmək mümkün deyildi. Ancaq futbolçular oyun intizamından qopmadılar, hətta topsuz vəziyyətdə nə etmək lazım olduğunu bilirdilər”.

Həmin kateqoriyadan