Qurban Qurbanov yeni idarədə məşqçilərlə görüşüb

Qurban Qurbanov milli komandaların məşqçi və inzibati heyəti ilə görüşüb. Allsport.az saytının məlumatına görə, yığmanın baş meneceri İslam Abbasovun iştirakı ilə Bakı olimpiya stadionunda yerləşən AFFA-nın milli komandalar üçün yeni idarəsində keçirilmiş görüş zamanı, tətbiq olunacaq iş prosesi və gələcək planlar barədə söhbət açılıb.
Mütəxəssis bildirib ki, daha sıx ünsiyyətdə olmaq və birgə müzakirələr aparmaq imkanı baxımından yeni ofis çox əlverişlidir. Baş məşqçi bütün komandaların məşqçi heyətinin qarşılıqlı fikir mübadiləsi aparmasının, vahid komanda şəklində çalışmalı olduqlarının vacibliyini diqqətə çatdırıb.

Həmin kateqoriyadan