- Baxış sayı: 47
- 06 Avqust 2026 16:45
- Baxış sayı: 204
- Avqust 05, 2026
- 0

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Qusarda peşəkar inkişaf proqramına start verilib.
Allsport.az xəbər verir ki, şimal və cənub bölgələrindən 35 məşqçinin qatıldığı proqram çərçivəsində nəzəri və praktiki seminarlar keçirilir.
“Te-waza” – əl texnikalarına həsr olunmuş praktiki sessiyada klassik və yarış üslublarında icra nümunələri nümayiş etdirilib. Məşğələləri Azərbaycan cüdo federasiyasının təcrübəli təlimatçıları – Orxan Səfərov, Samir İsmayılov, Asiman Allahverdiyev, İsmayıl Rzayev və İbrahim Aslanov aparırlar.
6 gün davam edəcək peşəkar inkişaf proqramı daha əvvəl Goranboy və Şəkidə həyata keçirilib.