Rəfiqə Şabanova: Bu gün qızlar arxayınlaşmışdı

Bu gün qadın həndbolçulardan ibarət ABU klubu Çağırış kubokunun 3-cü raundunun əvəz matçında Belçika “Femina Vize”sinə 24:20 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, komandamız ilk qarşılaşmada da üstün olduğundan (26:16), mərhələ adlayan tərəf olub. Görüşdən sonra baş məşqçi Rəfiqə Şabanova jurnalistlərə bunu söylədi:

“Dünən daha yaxşı oynadıq. Hesab da bunu dedi. Bu gün qızlar arxayınlaşmışdı. Nəticədə, rəqib bəzi məqamlarda çətinlik yaratdı. Onlara söyləmişdim, qətiyyən boşalmaq olmaz. Qarşıda bizi Ukranada beynəlxlq yarış gözləyir. Oyun təcrübəsini artırmaq baxımdan bu yerinə düşüb. Çalışacağıq ki, Çağırış kubokunun 4-cü mərhələsində də yaxşı çıxış edək”.

Həmin kateqoriyadan