Rəqiblər kimlərdir?

Yeniyetmələrin Avropa olimpiya festivalında cüdo yarışının püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, mərasimdə Avropa və Azərbaycan cüdo federasiyalarının rəsmiləri, yeniyetmələrdən ibarət komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşkdə millinin 4 qız və 8 oğlan üzvünün ilk rəqibləri müəyyənləşib. 

Qızlar
44 kq – 1/8 final. Gülşən Bəşirova – Mariya Qonzales (İspaniya)
52 kq – 1/8 final. Səbinə Əliyeva – Raquel Brito (Portuqaliya)
57 kq – 1/16 final. Aytac Qardaşxanlı – Erika Vauhkonen (Finlandiya)
70 kq – 1/8 final. Nərmin Əmirli – Yael Van Hemst (Hollandiya)

Oğlanlar
50 kq – 1/8 final. İsmayıl Qənbərli – Sergey Mastriukov (Rusiya)
55 kq – 1/16 final. Şükran Zamanlı – Migel Gaqo (Portuqaliya)
60 kq – 1/16 final. Turan Bayramov – Kote Kapanadze (Gürcüstan)/ Adam Safer (Avstriya) cütünün qalibi
66 kq – 1/8 final. Mətin Rzazadə – Pijus Mikalauskas (Litva) / Elguja Şinçaraşvili (Gürcüstan)
73 kq – 1/8 final. Vüqar Talıbov – Cianis Yauseyenka (Belorus) / Mustafa Həbib (Bosniya)
81 kq – 1/16 final. Məhərrəm İmamverdiyev – Vlad Topala (Rumıniya) 
90 kq – 1/16 final. Ruslan Nəsirli – Borislav Vladov (Bolqarıstan)
+90 kq – 1/8 final. Hüseyn Məmmədov – Daniel Udsilauri (Almaniya)

Proqrama əsasən iyulun 24-də qadınlar 40kq, 44 kq və 48 kq, oğlanlar 50, 55 kq və 60 kq, iyulun 25-də qızlar 52, 57 və 63 kq, oğlanlar 66 və 73 kq, iyulun 26-da qızlar 70kq və 70kq-dan yuxarı, oğlanlar 81 kq, 90 kq və 90 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.

Qeyd edək ki, EYOF-a 40 ölkədən 297 cüdoçu qatılacaq. Onlardan 165-i oğlan, 132-i qadındır. Heydər Əliyev adına idman sarayında baş tutacaq görüşlərə saat 10:30-da start veriləcək.

Həmin kateqoriyadan