- Baxış sayı: 587
- 07 May 2026 16:16
- Baxış sayı: 168
- May 08, 2026
- 0
Kamerunda cüdo üzrə Afrika açıq kuboku yarışı keçirilib. Allsport.az xəbər verir ki, Tokio-2020 olimpiya oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.
Bütün idmançılarımız Kamerunda medal qazanmağa müvəffəq olub. Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 52 kq-da Gültac Məmmədəliyeva yalnız finalda uduzub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxçedev (57 kq) isə bürünc medala layiq görülüb.
Afrika açıq kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.