Rəşad Nəbiyev beynəlxalq cüdo federasiyasının yeni yaradılan komissiyasına sədr seçilib

Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, beynəlxalq cüdo federasiyasının yeni yaradıla komissiyasının sədri seçilib. Allsport.az saytı xəbər verir ki, müasir dünyada yeni texnologiyalar hər bir sahəyə, o cümlədən idman sahəsinə də öz müsbət təsirini göstərməkdədir.

Yeniliklərə hər zamana açıq olan və bu yenilikləri cüdoya vaxtında və ən məhsuldar şəkildə tətbiq etməyi hədəfləyən BCF, yeni texnologiyalar və yüksək məhsuldarlıq komissiyası yaratmağa qərar verib. Ora azərbaycanlı idman adamı sədr seçilib.

Komissiyanın əsas missiyası müasir texnologiyaları tətbiq edərək idmançıların performansını yüksəltmək istiqamətində tədbirlər həyata keçirmək, eyni zamanda cüdo idman növünün hərtərəfli inkişafına nail olmaqdır.

BCF-in rəsmi saytında yazılıb ki, yeni komissiya daim dəyişən dünyada cüdonu təbliğ edərək ümumilikdə idmanın inkişafına kömək edəcək, eləcə də texnologiyaları müasir bir vasitə kimi idmançıların və cəmiyyətin xeyri üçün istifadə edilməsi istiqamətində çalışacaq.

Həmin kateqoriyadan