“Əsas məqsəd, sağlam nəslin və vətənə layiqli vətəndaşların yetişdirilməsinə töhfə verməkdir”

“Əsas məqsəd, sağlam nəslin və vətənə layiqli vətəndaşların yetişdirilməsinə töhfə verməkdir”

Bakı idman sarayında cüdo üzrə Azərbaycan çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə açılış mərasimi olub. dövlət himni səsləndirilib və bu günlərdə faciəvi şəkildə dünyasını dəyişən gənc cüdoçu Turan Rüstəmovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ACF-in baş katib Rəşad Rəsullu çıxış edərək, federasiyanın əsas məqsədinin cüdonun kütləvləşdirilməsi ilə sağlam nəslin və vətənə layiqli vətəndaşların yetişdirilməsinə töhfə vermək olduğunu deyib: “Azərbaycan çempionatında reytinqli idmançılarla yanaşı, yeni istedadlı idmançıların kəşf edilməsini müsbət haldır.

Bu il Azərbaycanda cüdonun 50-illik yubileyini qeyd edirik. Fəxrlə deyə bilərik ki, bu illər prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanda cüdo sürətlə inkişaf edir”.

Həmin kateqoriyadan