Rəşad Rəsulov: Paytaxtda keçiriləcək “Böyük dəbilqə”də 37 cüdoçumuz mübarizə aparacaq

“Cüdo millisinin bütün üzvləri bu il özlərini xarici yarışlarda göstərmək imkanı əldə ediblər. Federasiya onlara bu fürsəti yaradıb. 4-6 noyabrda Bakıda keçiriləcək “Böyük dəbilqə” yarışında da onlar bu imkandan maksimum yararlanacaqlar. Nüfuzlu turnirdə 64 ölkənin komandası çıxış edəcək. Biz 37 cüdoçu sifariş vermişik”.

Allsport.az saytı xəbər verir ki, bunu ACF-in baş katibi Rəşad Rəsulov mətbuat konfransında dedi. Onun fikrincə, beynəlxalq yarışların sayı artırılmalıdır: “Bu istiqamətdə növbəti yarış gələn ilin mayın 6-7-sində Göygöldə yeniyetmələrin Avropa kubokudur. Həmin yarış ənənəvi olacaq və daim beynəlxaq cüdo federasiyasının təqvimində yer alacaq”.

Həmin kateqoriyadan