Rəşad Sadıqov: Hücumda istədiyimizi edə bilmədik

Bu gün U-21 millimiz Ukrayna futbolçuları ilə yoldaşlıq oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, “Dalğa arena” keçirilmiş görüş rəqibin 1:0 qələbəsi ilə başa çatıb. Matçdan sonra baş məşqçi Rəşad Sadıqov bunu deyib:

“Komandanın oyunundan razı qaldım. Topa nəzarət etməyə çalışdıq, amma hücumda istədiyimizi edə bilmədik. Oyunun 60-cı dəqiqəsindən sonra meydanda açıq futbol izlədik. Futbolçumuz zədələndiyi və azlıqda qaldığımız zaman diqqətli olmalıydıq.

Təəssüf ki, həmin anda qol buraxdıq. Meydanda taktiki mübarizənin getdiyini qeyd edə bilərəm. Bu gün 5 müdafiəçi ilə oynamağımız rəqibə uyğun seçim idi. Ancaq bir neçə taktiki sxem üzərində məşqlər edirik”.

Həmin kateqoriyadan