Rəşad Sadıqov: Oyunumuzdan razı qalmadım

Bu gün U-21 millimiz Bosniya və Hersoqovinada yoxlama oyununda yerli komandaya 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşlə başlı baş məşqçi Rəşad Sadıqov bunu deyib:

“Oyunumuzdan razı qalmadım. Topa nəzarət etməyə çalışırdıq. Eyni zamanda, oyuna nəzarəti də əlimizdə saxlamaq istəyirdik.

Ancaq daha yaxşı oynamalıyıq. İstər müdafiədə, istərsə də hücumda bundan yaxşı təsir bağışlamalıydıq. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm”.

Həmin kateqoriyadan