Rəşad Sadıqov: Qazaxıstan iddialıdır, biz isə yeni komanda qururuq

U-21 millinin baş məşqçisi Rəşad Sadıqov Qazaxıstan futbolçuları ilə oyunla bağlı fikirlərini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:

“Yaxşı oyun oldu. Hər 2 komandanın ifasında baxımlı futbol izlədik. Komandalar topa daha çox nəzarət etmək istəyirdi. Qazaxıstan yığması hazırda seçmə mərhələdə yüksək yerlər uğrunda mübarizə aparır. Bizdə isə fərqli məqsəd var. Biz yeni komanda qururuq.

U-20 komandasından 7 nəfəri bu gün start heyətində meydana buraxdıq. Renat Dadaşov hələ hazır deyil. Son vaxtlar yalnız fərdi məşqlər edib. İstəyirdim ki, bizimlə birgə olsun, komandanı hiss etsin. Ona görə də meydana buraxdım. Ümumiyyətlə, futbolçulardan razı qaldım. Meydanda çox çalışdılar. Verilən tapşırıqları yerinə yetirmək istəyirdilər. Səfərdə oynayırdıq və nəticə də pis deyil”.

Həmin kateqoriyadan