Rahid Əmirquliyev: Bura da yaxşı nəticə əldə etmək üçün gəlmişik

DÇ-2018-in seçmə mərhələsində sabah Çex Respublikası ilə qarşılaşacaq Azərbaycan millisinin yarımmüdafiəçisi Rahid Əmirquliyev oyun öncəsi mətbuat konfransında fikirini bildirib. Allsport.az saytı sizi həmin açıqlamanı ilə tanış edir:

“Çex Respublikası barədə çox danışmağa ehtiyac yoxdur. Bu komandanı hamı tanıyır. Bizi ağır oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni əldə edək. İnanmıram ki, Prosineçkini məqşçi kimi tanımasın.

Bu, gülməli gəlir. Sabah meydanda oyunumuzla özümüzü sübut edəcəyik. İlk iki oyundan 6 xal qazanmışıq. Bura da yaxşı nəticə əldə etmək üçün gəlmişik. Çalışacağıq, yaxşı nəticə əldə edib, qrupdakı mövqeyimizi saxlayaq”.

Həmin kateqoriyadan