Ramil Quliyev: “Bu, haqq mübarizəsidir”

Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev cəbhə bölgəsində baş verənlərlə bağlı danışıb. Allsport.az xəbər verir ki, dünya və Avropa çempionu bunları deyib:

“Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq. İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik. Bu, haqq mübarizəsidir. Bu yol haqq yoludur. İnanıram ki, yolun sonunda ölkəmiz zəfər qazanacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə – Azərbaycan”.

Həmin kateqoriyadan