Ramil Quliyev: “Vətəndaşlıq dəyişmək çətin qərar idi”

Türkiyə millisində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev “Türksporu”na açıqlama verib verib. Allsport.az xəbər verir ki, 29 yaşlı atlet vətəndaşlığını dəyişməsinin çətin qərar olduğunu bildirib:

“Vətəndaşlıq dəyişmək mənim üçün çətin qərar idi. Evindən ayrılıb getdiyin yerdə necə qarşılanacağını bilmirsən. Qardaş ölkə desək də, insanların sənə necə reaksiya göstərmələri önəmlidir. Ancaq Türkiyəyə gəldiyimə görə peşman olmadım. “Fənərbağça”nın prezidenti 3 il gözləməli olduğumu dedi. Mən də “Lazımdırsa, 10 il də gözləyərəm”, – cavabını verdim”.

Azərbaycanlı atlet 8 olimpiya çempionluğu olan yamaykalı Useyn Bolt ilə söhbətlərindən danışıb:

“Bolt istiqanlı adamdır. Onunla yarışlarda görüşmüşəm. Məni görəndə salam verir. Yarışların birindən əvvəl “200 metrdə qalib gələn sən idin? Çox yaxşı idin”, – deyə bildirmişdi. Qaçış cığırına çıxmaq mənə inanılmaz enerji verir. O an fərqli həyəcan yaşayıram. Bu, ən yaxşı nəticə göstərmək üçün məni ruhlandırır. Uşaq vaxtı futbol da oynayırdım, amma hazırda həyatımı atletikaya həsr etmişəm. Məsələn, Bolt futbol karyerası qurmaq istədi, amma alınmadı. Futbol çox fərqlidir”.

Həmin kateqoriyadan