Ramin Musayev: Atılan neqativ addımlar gənc futbolçulara təsir edir

Bu gün AFFA-nın inzibati binasında 1-ci divizionunun yeni mövsümünün püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə PFL prezidenti Ramin Musayev, klub nümayəndələri, KİV vəfutbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hamını salamlayan və növbəti mövsümdə komandalara uğurlar arzu edən Ramin Musayev sonda fikrini açıqlayıb:

“Təəssüf ki, ötən il də bəzi oyunlar ətrafında mənfi söhbətlər dolaşdı. Hətta hadisələrdən heç bir məlumatı olmayan komandaların adı da olaylar ətrafında hallandı. Mən hamınızdan xahiş və tələb edirəm, idman prinsipinə sadiq qalaq, yaradılmış şəraitdən normal istifadə edək. Atılan neqativ addımlar gənc futbolçulara təsir edir.

Futbolçulara düzgün nümunə olmaq lazımdı. Çalışın, yeni futbolçular yetişdirin. Bizim çempionatı keçirmək səbəblərimizdən biri də milli komandaya futbolçu yetişdirməkdir. İl ərzində hər komanda milli üçün heç olmasa 1 futbolçu yetişdirə bilsə, bu, mövsümün sonunda yığma üçün 12-13 yeni futbolçu deməkdir.” 

Qeyd edək ki, 1-ci divizionda ilk turun oyunları 22-23 avqustda baş tutacaq.

Həmin kateqoriyadan