“Red Bull King of the Rock 2016” paytaxtda

İyulun 30-da Bakı Dənizkənarı Bulvarda “Red Bull King of the Rock” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı Dənizkənarı Bulvar İdarəsinin, Su İdman Sarayının, GoSport və “The Club Port Baku”nun dəstəyi ilə keçiriləcək yarışın milli finalında qalib gələn stritbolçu Azərbaycanı Belqrad şəhərində dünya finalında təmsil edəcək.

Qeyd edək ki, “Red Bull King of the Rock” – “təkbətək” formatında nadir küçə basketbol yarışmasıdır və 2013-cü ildən ölkənin ən güclü stritbolçunu müəyyən edir. Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak edib.

Həmin kateqoriyadan