“Red Bull”un pilotu ilk sırada

“Red Bull”un pilotu ilk sırada

Formula-1 Azərbaycan qran prisində üçüncü sərbəst yürüş yekunlaşıb.

Allsport.az xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

“Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen birinci, “Mersedes”in britaniyalı pilotu Corc Rassel ikinci, “Ferrari”dən Luis Hemilton isə üçüncü olub.

Birinci və ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni C.Rassel göstərmişdi.

Bu gün, həmçinin Formula-2 üzrə əsas yarış keçiriləcək. Günün son əsas sessiyası isə Formula-1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.

Azərbaycan qran prisinə sentyabrın 26-da yekun vurulacaq.

Həmin kateqoriyadan