Respublika paralimpiya kompleksində görüş

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov Sumqayıt şəhərində yerləşən respublika paralimpiya kompleksində üzgüçülük, boccia, cüdo, pauerliftinq və güllə atıcılığı ilə məşğul olan paralimpiyaçılarla görüşüb, onların fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə maraqlanıblar.

Hər 2 şəxs 1 iyun – uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə uşaq paralimpiyaçılarını təbrik ediblər. Nazir və komitə prezidenti 2 həftə öncə Bakıda keçirilən paracüdo üzrə beynəlxalq qran-pridə mükafat alan idmançıları da diqqətdə saxlayıblar, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıblar. 

Sonda MPK prezidenti İlqar Rəhimov nazir Sahil Babayevə sözü gedən mükafat yarışında qızıl, gümüş və bürünc medallarından ibarət süvenir dəsti hədiyyə edib. 

Həmin kateqoriyadan