Rich Binder: Azərbaycan xalqı üçün güləş çox önəmli bir idman növüdür

Ayova ştatının eyni adlı şəhərində keçirilən dünya kubokunda ABŞ Güləş Federasiyasının icraçı direktoru Rich Binder ölkəmiz barədə xoş danışıb. Allsport.az saytı xəbər verir ki, o, AGF ilə sıx və yaxın münasibət davam etdirmək, daha inkişaf etdirmək istəyində olduğunu deyib:

“Dünya çempionatında, həm də qızıl qran-pri çərçivəsində Azərbaycanda olmuşam. Dünya çempionatında yunan-Roma güləşçilərimizin ilk dəfə komanda şəklində qalib olmasını xoş xatirələrlə yad edirik. Biz Azərbaycanda olmağı çox istəyirik, çünki çox gözəl bir yerdir.

Bakı gözəl şəhərdir. Azərbaycan xalqı üçün güləş çox önəmli bir idman növüdür. Düşünürəm ki, güləşin inkişafı ölkənin mədəniyyəti ilə sıx bağlıdır və biz Azərbaycanda bunu görürük.”

Həmin kateqoriyadan