Rövnəq Abdullayev Antalyada BCF-in prezidenti Marius Vizerlə görüşüb

Xəbər verdiyimiz kimi, Antalyada “Böyük dəbilqə” seriyası keçirilir. Allsport.az saytı xəbər verir ki, dünyanın 93 ölkəsininin iştirak etdiyi nüfuzlu yarışda bizimkilər də mübarizə aparırlar. Türkiyədə ACF-in prezidenti Rövnəq Abdullayev BCF-dən olan həmkarı Marius Vizerlə görüşüb. Toplantıda ölkəmizdə cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə İJF rəhbərliyinə ətraflı məlumat verilib.

BCF-in icraiyyə komitəsinin üzvü Rövnəq Abdullayev idmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb. Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti, son vaxtlar Azərbaycan idmançılarının mötəbər yarışlardakı uğurlarını qeyd edib.

O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq “Böyük dəbilqə” turnirlərində medlallar qazandığını diqqətə çatdırıb. Səmimi görüşə görə minnətdarlığını bildirən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib.

O, dövlət səviyyəsində olimpiya jərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən İJF prezidenti Bakıda ənənəvi “Böyük dəbilqə” yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

Görüşdə ACF və İJF arasında mövcud olan səmərəli əməkdaşlıq və pandemiya dövründə cüdonun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və cüdo idman növünün sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub. Sonda xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan