- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Fevralın 20-də Rumıniya Olimpiya Komitəsində bu ölkənin cüdo federasiyasına seçkilər keçirilib. Allsport.az saytı xəbər verir ki, seçkilərdə federasiyanın sədri və beş vitse-prezident seçilib, strukturu müəyyənləşdirilib. Ölkə üzrə 143 cüdo klubunun təmsilçilərinin iştirak etdiyi tədbirdə RCF-in sədri vəzifəsinə siyasi fəal Kozmin Quşa seçilib.
AzərTAc-in məlumatına görə, SOCAR-ın Rumıniya törəmə şirkəti “Socar Petroleum SA”nın direktoru Həmzə Kərimov isə 143 mümkün səsdən 130-nu toplayaraq beş vitse-prezidentdən biri olub.
Karpatlar bir müddət öncə həmyerlimizin bu vəzifiyə namizədliyinin verilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bu addım SOCAR-ın rəhbərliyi tərəfindən müsbət qarşılanmışdı.