- Baxış sayı: 33
- 29 İyul 2026 18:19
- Baxış sayı: 39
- İyul 29, 2026
- 0

Rusiya prezidenti Vladimir Putin Astanada keçirilən 3-cü beynəlxalq multisport turniri – “Gələcəyin oyunları” iştirakçılarına videomüraciət ünvanlayıb.
Allsport.az xəbər verir ki, dövlət başçısı çıxışında Rusiyanı dünyanın aparıcı idman ölkələrindən biri adlandırıb:
“Rusiya planetin aparıcı idman dövlətlərindən biridir, böyük idmançıların, rekordların və qələbələrin vətənidir. Fəxr edirik ki, fizital hərəkatının əsasını qoyan ölkələrdən biri məhz Rusiyadır və bu idman növünün inkişafı üçün bütün şəraiti yaradırıq”.
O qeyd edib ki, ümumrusiya fizital idman federasiyası 2022-ci ilin noyabrında yaradılıb, Rusiya isə 2024-cü ildə tarixdə ilk dəfə “Gələcəyin oyunları”na ev sahibliyi edib.
Putinin sözlərinə görə, bu yarışlar idmanla innovasiyanı, fiziki və intellektual inkişafı bir araya gətirərək gələcəyin texnologiyalarına açıq olan insanların formalaşmasına xidmət edir.