Mitrofanov: “UEFA RFF-nin Asiyaya getməsini istəmir”

Allsport.az xəbər verir ki, Rusiya millisi mərkəzi Asiya futbol assosiasiyasının turnirində iştirakdan imtina edib.

Bu barədə Rusiya futbol federasiyasının (RFF) baş katibi Maksim Mitrofanov məlumat verib.

“Biz qadağaların bərpası və aradan qaldırılması ilə bağlı UEFA ilə danışıqlar aparırıq. Qurum bizim turnirə getməyimizi istəmir və RFF heç yerə getməyəcək” – deyə Mitrofanov məlumat verib.

Rusiyanın iyunun 9-dan 21-dək Bişkek və Daşkənddə keçiriləcək orta Asiya futbol assosiasiyasının çempionatında iştirak edə biləcəyi gözlənilirdi.

Turnirdə İran, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan iştirak edəcək.

Həmin kateqoriyadan