- Baxış sayı: 587
- 07 May 2026 16:16
- Baxış sayı: 169
- May 08, 2026
- 0

Əbu-Dabidə cüdoçuların “Böyük dəbilqə”si davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün bizdə medal olmasa da, 2 təmsilçimiz xal ehtiyatını bir qədər də yaxşılaşdırıb.
Rüstəm Orucov (73 kq) 5-ci yer tutub. Hərbçilərin olimpiadasında 81 kq-da 3-cü yer tutaraq birbaşa Birləşmiş Ərəb Əmirliklərinə yollanan Hidayət Heydərov elə bu çəkidə 7-ci olub.
Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.