Rüstəm Alimlinin ilk ciddi sınağı

Sabah Xorvatiyanın Poreç şəhərində yeniyetmə cüdoçuların Avropa birinciliyi start götürəcək. Allsport.az saytı xəbər verir ki, iyunun 25-də davam edəcək yarışda ölkəmizi 14 nəfər təmsil edəcək.

Yeni baş məşqçi Rüstəm Alimli, məşqçilər Emin İskəndərov və Nicat Şıxəlizadənin rəhbərliyi ilə oğlanlarda Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Əli Hacızadə, Süleyman Əliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq) mübarizə aparacaqlar.

Məşqçi Elnur İsmayılovun rəhbərliyi ilə qızlarda Xumar Qasımzadə (44 kq), Aydan Vəliyeva (48 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq), Nigar Süleymanova (+70 kq) çıxış edəcəklər.

“A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Həmin kateqoriyadan