Rüstəm Orucovdan 3-cü yer

Çin Xalq Respublikasının Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu “Masters” yarışı davam edir. Allsport.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü Azərbaycan millisi üçün uğurlu olub. 

73 kq-da Rüstəm Orucov Özbəkistan idmançısı Hikmətilloh Turayevə qalib gəldikdən sonra İsrail cüdoçusu Tohar Butbula uduzub. Təsəlliverici qarşılaşmada kanadalı Artur Margelidonu məğlub edən cüdoçumuz 3-cü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Qjakovaya qalib gələrək bürünc medal qazanıb. 

Mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparır. 

Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edir.

Həmin kateqoriyadan