- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Çinin Quançjou şəhərində cüdoçuların nüfuzlu “Dünya ustaları” başlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün 73 kq-da mübarizə aparan Rüstəm Orucov baş mükafata sahib çıxıb.
Olimpiya oyunlarının gümüş mükafatçısı həlledici görüşdə kanadalı Artur Marjelidonu üstələyib və hesabna 1800 reytinq xalı əlavə edib.
Sabah daha 4 milli üzvü – Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq-dan yuxarı) və İrina Kindzerskaya (+78 kq) tatami üzərinə çıxacaqlar.