Rüstəm Orucov liderliyi yapona təhvil verdi

Rüstəm Orucov öz çəki dərəcəsində (73 kq) dünya reytinq cədvəlində liderliyi əldən verib. Allsport.az xəbər verir ki, 2019-cu ili ilk pillədə tamamlayan cüdoçumuzu ən yaxın izləyicisi yaponiyalı Soiçi Haşimoto qabaqlayaraq, liderliyi ələ keçirib.

Həmin çəki dərəcəsində yarışan Hidayət Heydərov 1 pillə geriləyərək, 4-cü yerə enib.

Məmmədəli Mehdiyev (90 kq) 2 pillə irəliləyərək 5-ci yerdə qərarlaşıb. Elmar Qasımov 14-cü (+1), Zelim Kotsoyev (100 kq) isə 16-cı (+1) yerdə qərarlaşıb.

Uşangi Kokauri (+100 kq) 17-ci, Nicat Şıxəlizadə (66 kq) 21-ci, Orxan Səfərov (60 kq) 30-cu sıradadır.

Qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) 1 pillə geriləyərək, 4-cü olub.

Həmin kateqoriyadan