Rüstəm Orucov qızıl medal qazana bilməməsinin səbəbini açıqladı

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışın ikinci günündə Rüstəm Orucov yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıb. Allsport.az xəbər verir ki, cüdoçumuz yarışdan sonra turnirlə bağlı fikirlərini bildirib:

“Çox güclü yarış keçdi. Bildiyiniz kimi olimpiyadaya 300 xal verirdi. Rəqiblərin hamısı ciddi hazırlaşıb gəlmişdilər. Təşkilatçılıqdan da çox razı qaldım, hər şey yüksək səviyyədə idi.

“Qızıl”a çox yaxın idim, bir balaca səhvim oldu və ona görə məğlub oldum. Baş məşqçim yaxından güləşməmək tapşırığı vermişdi, amma bir anlıq boşaldım, rəqibi yaxına buraxdım və ona görə də qızıl medal götürə bilmədim.

Koreya Qran-Prisi üçün çəkimi sabit saxlamağa çalışıram. Bir həftə sonra yarışdır və orada da Allahın köməyi ilə uğur qazanacağıma inanıram”.

Həmin kateqoriyadan